Məhsul Kataloqu

Biz dünya səviyyəli brendlərin pəncərə və qapı sistemləri üçün yüksək keyfiyyətli profil və aksesuar həllərinin rəsmi təchizatçısıyıq. Təqdim olunan bütün məhsullar müasir memarlıq tələblərinə, uzunömürlülük standartlarına və yüksək izolyasiya göstəricilərinə uyğun şəkildə seçilmişdir.

Aksesuarlar


KNG

1996-cı ildən etibarən pəncərə və qapı furnitura sistemləri sahəsində fəaliyyət göstərən KNG, bu gün qlobal miqyasda tanınan istehsalçılardan biridir. Şirkət SGS (ISO 9001:2000) sertifikatlı müasir istehsalat bazasına malikdir.

KNG-nin 700 m² sahəyə malik xüsusi sınaq laboratoriyasında bütün məhsullar 100 000-dən çox açılıb-bağlanma dövrü və 1000 saatlıq duz spreyi sınağından keçirilərək beynəlxalq keyfiyyət standartlarına uyğunluğu təmin edilir.

KNG HBSB Sistemi 1

Qaldır-sür (HBSB) sistemi


  • 400 kq-a qədər yükdaşıma qabiliyyəti
  • Səssiz və rəvan sürüşmə mexanizmi
  • Kvadrat şaftlı premium tutacaq dizaynı

KNG Aksesuar Sistemi 1

Tək açılım pəncərə sistemi


  • Avropa standartlı C-kanal uyğunluğu
  • Çoxnöqtəli kilidləmə
  • Erqonomik tutacaq dizaynı

KNG Aksesuar Sistemi 1 KNG Aksesuar Sistemi 2 KNG Aksesuar Sistemi 3

Cüt açılım pəncərə sistemi


  • RC2 təhlükəsizlik səviyyəsi
  • 130 kq-dək qanad çəkisi
  • Gizli və ya görünən mentəşə seçimi

KNG Aksesuar Sistemi 1

KNG Standart Seriyası


  • Çoxnöqtəli kilid gövdəsi
  • 160 kq-dək qapı mentəşə yükü
  • Tənzimlənən qarşı tərəf lövhələri

SIEGENIA

Alman mühəndisliyi ilə tanınan SIEGENIA, pəncərə və qapı sistemləri üçün yüksək təhlükəsizlik, uzunömürlülük və mexaniki stabilik təqdim edən TITAN furnitura platforması ilə dünya üzrə lider brendlərdən biridir.

SIEGENIA TITAN AF – PVC kanal

TITAN — PVC profil (PVC kanal)


  • RC2 səviyyəsinə qədər oğurluğa qarşı qoruma
  • Göbələkvari kilidləmə sancaqları ilə tam perimetr sıxılma
  • Qanadın 3 ölçüdə mikro tənzimlənməsi (şaquli, üfüqi, sıxılma)

SIEGENIA TITAN AF – Alüminium kanal

TITAN AF — PVC profil (Alüminium kanal)


  • Alüminium C-kanal üzərində yüksək mexaniki dayanıqlıq
  • Böyük və ağır qanadlar üçün stabil yük paylanması
  • Uzunömürlü və deformasiyaya davamlı konstruksiya

AXOR

AXOR — Ukraynada istehsal olunan, Avropa standartlarına uyğun pəncərə və qapı furnituraları üzrə ixtisaslaşmış beynəlxalq brenddir. Şirkət tam avtomatlaşdırılmış istehsalat xətti, dəqiq mexaniki emal və uzunömürlü sistem yanaşması ilə tanınır. AXOR məhsulları Avropa normativlərinə uyğun testlərdən keçirilmiş və 10 il rəsmi zəmanət ilə təqdim olunur.

AXOR Komfort Line K3 PVC kanal

Komfort Line K3 — PVC kanal (PVC profillər üçün)


  • PVC kanallı profillər üçün optimallaşdırılmış mexanika
  • Çoxnöqtəli kilidləmə ilə stabil sıxılma
  • Yüksək dövriyyəyə davamlı polad elementlər

AXOR Komfort Line K3 Alüminium kanal

Komfort Line K3 — Alüminium kanal (Alüminium profillər üçün)


  • Alüminium kanallar üçün xüsusi montaj geometrisi
  • Yüksək yükdaşıma və sabitlik
  • İntensiv istifadəyə uyğun kilidləmə mexanizmi

Profillər


GEALAN

GEALAN — Almaniyada istehsal olunan, PVC profil sistemləri üzrə Avropanın aparıcı brendlərindən biridir. Şirkət innovativ texnologiyaları, yüksək enerji səmərəliliyi və uzunömürlü sistem həlləri ilə tanınır. GEALAN profil sistemləri Avropa normativlərinə uyğun istehsal olunur və 10 il rəsmi zəmanət ilə təqdim edilir.

GEALAN S8000 profil sistemi

GEALAN S8000

PVC Profil • 74 mm • 6 kameralı sistem


  • 74 mm montaj dərinliyi – stabil konstruksiya
  • 6 kameralı quruluş – yaxşı istilik izolyasiyası
  • A sinfi divar qalınlığı

GEALAN S9000 profil sistemi

GEALAN S9000

PVC Profil • 82.5 mm • Enerji səmərəli sistem


  • 82.5 mm montaj dərinliyi
  • 3 sızdırmazlıq konturu (orta conta daxil)
  • Yüksək istilik və səs izolyasiyası

GEALAN LINEAR profil sistemi

GEALAN LINEAR

PVC Profil • Dizayn yönümlü sistem


  • Düz xətlər və minimalist görünüş
  • İri şüşə sahələri üçün uyğun konstruksiya
  • Müasir memarlıq layihələri üçün ideal

GEALAN SMOOVIO sürüşmə sistemi

GEALAN SMOOVIO

PVC Sürüşmə Sistemi • Paralel sürüşmə


  • Yüksək hermetiklik ilə sürüşmə mexanizmi
  • Geniş açılışlı panoramik həll
  • Rahat və səssiz istifadə